Dekabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük salonunda BMA-nın ötən il 30 illik yubileyini silsilə tədbirlərlə - müsabiqə, konsert, tamaşa və konfranslarla qeyd etmiş eksperimental elmi-metodik laboratoriyasının - orta ixtisas musiqi məktəb-studiyanın şagirdlərinin konserti olacaqdır.
BMA-nın 90 illik yubileyinə həsr olunmuş konsertində 2-10-cu siniflərin şagirdləri, beynəlxalq və respublika müsabiqələrinin laureatları və diplomantları, o cümlədən, bu yaxınlarda Bolqarıstanda və Azərbaycanda keçirilmiş beynəlxalq müsabiqələrin birinci mükafatlarının laureatları Murad Abbasov, Vüsalə Babayeva (fortepiano) və Ənvər Kərimov (truba) çıxış edəcəklər.
Respublikanın əməkdar pedaqoqları, BMA-nın məktəb-studiyada çalışan dosent və professorları tərəfindən hazırlanmış konsertin proqramına Azərbaycan, Türkiyə, Qərbi Avropa və Rusiya bəstəkarlarının orqan, fortepiano, simli və nəfəs alətləri üçün yazdıqları əsərlər daxil edilmişdir.
Bütün Polşa onun haqqında danışır...