Bu ilin sonunadək Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılacaq. Bu məsələ ilə bağlı yaxın vaxtlarda Azərbaycanın Nazirlər Kabineti tərəfindən müvafiq qərarın veriləcəyi gözlənilir. Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, Bakı Turizm Peşə Məktəbinin yaradılması Azərbaycanın turizm sənayesi üçün kadr hazırlığı imkanlarını genişləndirəcək. Lakin Bakı Turizm Peşə Məktəbinin yaradılmasından sonra bu sahədə əhəmiyyətli irəliləyişlər olacaq.
Bakı Turizm Peşə Məktəbindən sonra Qusar, Zaqatala, Göygöl, Şəmkir və Masallıda regional turizm peşə məktəblərinin açılması planlaşdırılıb. Bu ilin sonunadək Nazirlər Kabineti tərəfindən "Turizm İli" ilə bağlı tədbirlər proqramının hazırlanması nəzərdə tutulub.
Bütün Polşa onun haqqında danışır...