PDF Oxu

Mədəniyyət

  • 241

Gələn il Hüseyn Cavidin 130 illik yubileyi qeyd olunacaq

Gələn il Hüseyn Cavidin 130 illik yubileyi qeyd olunacaq

2012-ci ildə Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan böyük şair, dramaturq, filosof Hüseyn Cavidin anadan olmasının 130, AMEA Hüseyn Cavidin ev-muzeyinin yaradılmasının isə 30 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavidin 130 illik yubileyinin layiqincə qeyd olunması, yubiley tədbirlərinin keçirilməsi ilə bağlıa müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması məqsədilə qərar qəbul edib.

Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavid ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açmışdır. Milli bədii düşüncə tarixini mövzu baxımından zənginləşdirən Hüseyn Cavid ibrətamiz həyat yolu keçmişdir. Şairin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması görkəmli dramaturq Hüseyn Cavidə və 1930-cu illərin repressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür. Bütün bunlar Hüseyn Cavidin əbədiyaşarlığının təcəssümüdür.

Digər xəbərlər