PDF Oxu

Mədəniyyət

  • 321

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni ili yeni tamaşa ilə qarşılayacaq...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni ili yeni tamaşa ilə qarşılayacaq...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik yaşlı tamaşaçıların və məktəblilərin səbirsizliklə gözlədiyi Yeni il şənliklərində balaca dostlarını yeni tamaşa və sürprizlərlə zəngin əyləncəli proqramla qarşılayacaqdır.

Teatr şənliklərində təqdim olunacaq "Cupbulu əjdaha" adlı musiqili-əyləncəli tamaşa üzərində yaradıcılıq işinə start verilib. Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Nicat Kazımov, səhnələşdirilmənin müəllifi Kamran Ağabalayevdir. Rolları teatrın gənc aktyorları Müşfiq Əliyev, Roza İbadova, Elgün Yəhyayev, Anar Seyfullayev, İradə Rəşidova, Vahid Orucoğlu, Anar Səfiyev, Eşqin Quliyev və başqaları ifa edəcəklər. Bundan başqa, həmişə olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Proqramda Nicat Kazımov (Şaxta Baba), Günel Məmmədova (Qar Qız), Elnur Kərimov, Elnur Hüseynov, İlham Əsədov, Manaf Dadaşov və başqaları iştirak edəcəklər.

Balaca dostlarımızı daha hansı sürprizlər gözləyir? Bunu isə şənliyə gələndə görəcəklər! Yeni il şənliklərinə həsr olunmuş xüsusi bayram proqramı 2011-ci il dekabrın 29-dan 2012-ci il yanvar ayının 6-dək davam edəcək.

Digər xəbərlər