MDB Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondu Qırğızıstan Respublikasının "Aytış" İctimai Fondu ilə birgə dekabrın 12-də Bişkekdə MDB, Baltik respublikaları və Gürcüstan kinematoqrafçılarının iştirakı ilə "Qırğızıstan Respublikası -qısametrajlı filmlər ölkəsi" adlı Beynəlxalq Kinofestivalı öz işinə başlayıb.
Beynəlxalq festival Bişkekdəki "Manas" kinoteatrında təşkil olunacaqdır. Festivalın münsiflər heyəti hər ölkədən bir film olmaqla baxış üçün on film seçmişdir. Azərbaycan bu festivalda "İmper Qrupp" prodüser mərkəzinin istehsal etdiyi "Bir addım" qısametrajlı bədii filmi ilə təmsil olunur.
Filmin rejissorları Nərgiz Bağırzadə və Fariz Əhmədovdur.
Xatırladım ki, "Bir addım" filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edərək müxtəlif mükafat və diplomlara layiq görülmüşdür.
Bütün Polşa onun haqqında danışır...