Məlum olduğu kimi, 2009-cu il Bakı islam mədəniyyətinin mərkəzi seçilmişdir. 2011-ci ildə isə islam mədəniyyəti mərkəzi Əlcəzair (Tlemsen) şəhəri seçilib. Həmin şəhərdə dekabrın 17-dən 21-dək Tlesmen şəhərində "İman Yolları" Beynəlxalq Konfransı keçiriləcək. Konfransa 52 ölkədən nümayəndə dəvət edilib. Konfrans Milli-Elmi Araşdırmalar Mərkəzi (ÇNRPAH) tərfindən təşkil olunub. Tədbirin təşkilatçısı doktor, professor Zaim Xenşlavidir. Dəvət olunmuş nümayəndə heyətinin tərkibində Azərbaycan alimləri də təmsil olunacaq. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun alimləri - psixologiya elmləri doktoru İlham Mirzəyev, fəlsəfə elmləri doktorları Zöhrə Əliyeva, İmamverdi Həmidov bu tədbirdə Azərbaycanı təmsil edəcəklər. Konfransda İlham Mirzəyev "İman yollarından islam sivilizasiyasına" adlı məruzə ilə çıxış edəcək.
Xatırladım ki, Azərbaycanla Əlcəzair arasında mənəvi körpünün təməli XIV əsrdə qoyulmuş olsa da, ilk dəfədir ki, ölkəmizdən belə bir sayda Əlcəzairə böyük bir alim dəstəsi dəvət olunur. Onu da diqqətə çatdırım ki, 2013-cü il YUNESKO tərəfindən Şeyx Səid Yəhya Bakuvi ili elan edilib.
Bütün Polşa onun haqqında danışır...