Sankt-Peterburqdakı insan haqları üzrə müvəkkilin təşəbbüsü, Sankt-Peterburq Kinematoqrafiya İttifaqının və "ALEKO" mədəni-maarif kinoteatr mərkəzi" QHT-nin təşkilatçılığı ilə "Nadejda" Sankt-Peterburq Beynəlxalq Kinofestivalı keçirilmişdir.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, dünyada analoqu olmayan kinofestivalda nəinki peşəkar kinomatoqrafçıların, habelə, islah-əmək müəssisələrində cəza çəkən qeyri-peşəkarların filmləri də nümayiş etdirilmişdir. Festival Rusiya və xarici rəsmi şəxslər və təşkilatlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə Rusiya Federasiya Şurasının sədri V.Matviyenko, BMT Ali Komissarı, RF insan haqları üzrə müvəkkil V.Lukin, RF İctimai Palata, Sankt-Peterburq qubernatoru G.Poltavçenkonun festival iştirakçılarına təbrik teleqramları səsləndirilmişdir.
"Nadejda" kinofestivalının münsiflər heyətində tanınmış mədəniyyət və incəsənət xadimləri Aleksandr Sokurov, Vladimir Menşov, Yelena Drapeka, Dmitri Mesxiyev, Nelli Xrustaleva, Georqi Ştil, Anastasiya Melnikova, Mixail Kurayev və başqaları təmsil olunmuşdur.
Festivalın təşkilat komitəsinə RF regionlarından və bir çox xarici ölkələrdən: Fransa, Polşa, Azərbaycan, Finlandiya, Niderland, Sloveniya, İndoneziya, Türkiyə, Litva, Ukrayna və digər dövlətlərdən, ümumilikdə, 220 film təqdim edilmişdir.
"Nadejda" Sankt-Peterburq Beynəlxalq Kinofestivalı laureatlarının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanda "Nərimanfilm" kinostudiyasının istehsal etdiyi "Sahə" bədii filmi birinci yeri qazanmış və baş mükafata layiq görülmüşdür.
Qeyd edim ki, "Nadejda" Sankt-Peterburq Beynəlxalq Kinofestivalı ənənəvi olaraq hər il keçiriləcəkdir.
Bütün Polşa onun haqqında danışır...