PDF Oxu

Mədəniyyət

  • 1 094

“Arxeoloji park” adlı istirahət guşəsi istifadəyə verildi

“Arxeoloji park” adlı istirahət guşəsi istifadəyə verildi

Dünən İçərişəhərdə "Arxeoloji park" adlı istirahət guşəsinin və məşhur rəssam Əzim Əzimzadənin büstünün açılış mərasimi keçirildi. "Arxeoloji park" İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının Bakının bu qədim guşəsində vaxtlarını xoş və səmərəli keçirmələri, tarixi irsimizi və zəngin mədəni keçmişimizi təbliğ etmək məqsədilə yaradılmışdır. Burada 1982-1985 və 2010-cu illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş, X-XIII əsrə aid olan arxeoloji tapıntı sahələri konservasiya olunmuş, ətrafı abadlaşdırılmışdır. Parkın mərkəzində məşhur heykəltəraş Ömər Eldarovun müəllifi olduğu xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin büstü və onun qəhrəmanlarının fiqurlarından ibarət kompozisiya yer alır. Bu qəhrəmanlar köhnə şəhər tipajlarını özündə əks etdirir və İçərişəhərin ab-havası ilə vəhdət təşkil edir. Parkın açılış mərasimində nəfəsli alətlər orkestrinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim olundu. Tədbirin tərkib hissəsi kimi Kiçik Karvansara abidəsində dahi rəssam Əzim Əzimzadənin əsərlərindən ibarət sərgi təşkil edilmişdir.

Digər xəbərlər