PDF Oxu

Mədəniyyət

  • 587

Prezident Kuboku uğrunda VI çövkən milli oyununun final görüşü başlanır

Prezident Kuboku uğrunda VI çövkən milli oyununun final görüşü başlanır

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VI çövkən milli oyunu üzrə yarışlar davam edir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyilə keçirilən çempionatda respublikamızın şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizəyə başlamışdı.

Papaq və sürpapaq oyunları üzrə qaliblər müəyyənləşmişdir. Papaq oyununda Zaqatala komandası 1-ci, Goranboy 2-ci, Qəbələ isə 3-cü mükafatı qazanmışdır. Sürpapaq oyununda isə Oğuz rayonunun təmsilçiləri 1-ci, Qax 2-ci, İsmayıllı rayonu isə 3-cü yerə layiq görülmüşdür.

Dekabrın 21-də VI çövkən milli oyununun yarımfinal görüşləri keçirilmişdir. Gərgin mübarizədən sonra Şəki komandası Balakən komandasına 2-1, Ağdam təmsilçiləri isə Ağstafa komandasına 2-1 hesabı ilə qalib gəlmişlər. Bu nəticədən sonra 3-cü yer uğrunda Balakən və Ağstafa komandaları mübarizə aparmış və oyun 1-0 hesabı ilə Balakən komandasının xeyrinə başa çatmışdır.

Dekabrın 22-də Prezident Kuboku uğrunda VI çövkən milli oyununun final görüşündə Şəki və Ağdam komandaları yarışıblar.

Digər xəbərlər