PDF Oxu

Mədəniyyət

  • 659

Festivalda Azərbaycanı  “Sahə” bədii filmi təmsil edəcək

Festivalda Azərbaycanı “Sahə” bədii filmi təmsil edəcək

Hindistanın Mumbay şəhərində X Beynəlxalq "Trihd eye" ("Üçüncü göz") Asiya Film Festivalı açılıb. Bu mötəbər sənət yarışmasında ölkəmizi "Nərimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi təmsil edir.

Kinostudiyadan verilən məlumata görə, "Sahə" filmi kinofestivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq.

Asiya Kino Fondu tərəfindən təşkil olunan "Trihd eye" film festivalı müxtəlif ölkələrin gənc rejissorlarına öz filmlərini kino sənayesinin tanınmış ustadlarından ibarət olan mötəbər münsiflər heyətinə göstərmək, eləcə də, elmi tədqiqatlar, nəşrlər və seminarlar vasitəsilə də Asiya kinosunun dünya bazarında irəliləyişinə nail olmaq imkanı yaradır. Qeyd edim ki, festival çərçivəsində komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş etdiriləcək. Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan və Rumıniya kimi ölkələri əhatə edən festival dekabrın 29-da yekunlaşacaqdır.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.

Digər xəbərlər