Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müasir tərcüməşünaslığın aktual problemləri" mövzusunda X respublika tələbə elmi-praktik konfransı keçirildi.
Bakı Slavyan Universitetində tərcümə fakültəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri" mövzusunda X respublika tələbə elmi-praktik konfransını giriş sözü ilə açan Tərcümə fakültəsinin dekanı, dosent S.Həsənov universitet rəhbərliyinin böyük diqqət yetirdiyi X respublika tələbə elmi-praktik konfransında iştirak edən bütün tələbələrə uğurlar arzuladı.
BSU-nun elmi işlər üzrə prorektoru, professor M.Əliyev öz çıxışında tərcümə fakültəsinin ənənəvi olaraq qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş bu konfransda BSU tələbələri ilə yanaşı, digər universitetlərin tələbələrinin də fəal iştirak etdiklərini vurğuladı, konfransda ilk dəfə iştirak edən tələbələri təbrik etdi və bütün iştirakçılara uğurlar arzuladı.
BSU-nun pedaqoji fakültəsinin dekanı, professor E.Piriyev,Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, dosent A.Rəcəbli, Avropa dilləri kafedrasının müəllimi G.Səlimova, universitet Tələbə Elmi Cəmiyyətinin sədri K.İsmayılova konfransın açılışı münasibətilə təşkilatçıları, müəllim və tələbə heyətini təbrik etdilər, elm kapitalı daşıyıcılarına uğurlar arzuladılar və bu cür konfranslarda tələbələrin dostlaşmasını həmrəylik günü ərəfəsində gözəl bir töhfə kimi dəyərləndirdilər.
Konfransda 10 müxtəlif ali məktəbi təmsil edən 126 tələbə iştirak etmişdir. Beş bölmənin - "Tərcümə nəzəriyyəsi", "Tərcümə tarixi və praktikası", "Dilşünaslıq", "Ədəbiyyatşünaslıq", "Mədəniyyətşünaslıq və ictimai elmlər" bölmələrini əhatə edən konfransa təqdim olunan materiallar kitab şəklində çap olunacaq. Qeyd etmək lazımdır ki, BSU-nun tərəfdaş universiteti olan Minsk Dövlət Pedaqoji Universitetinin bir qrup tələbəsi də konfransa qatılmışdır.
Konfrans çərçivəsində keçirilən "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda dəyirmi masa da böyük marağa səbəb oldu. Konfrans öz işini bölmələrdə davam etdirdi. Əksər çıxışlar maraqla qarşılanaraq, ətrafında geniş müzakirələr aparıldı. Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları dinlənildi, fərqlənən tələbələrə diplomlar təqdim olundu.
Bütün Polşa onun haqqında danışır...