PDF Oxu

Mədəniyyət

  • 680

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Dünən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib.

İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq iştirakçıları nazirliyin kollegiyasının tərkibinə dair Nazirlər Kabinetinin qərarı ilə tanış edib.

Kollegiya iclasında müvafiq şöbələrin "Turizm ili"nin yekunlarına, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icra vəziyyətinə, "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şəkinin mədəni irsinin qorunması istiqamətində görülmüş işlərə dair məruzələri dinlənilib. Həmçinin, mədəniyyət və turizm müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları, cizgi filmləri istehsalı sahəsində mövcud durum, 2011-2012-ci illərdə nəşriyyat-poliqrafiyaya dair fəaliyyət planı, Muzey Mərkəzinin fəaliyyəti, Azərbaycan Respublikası Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramının, sənədlərin elektron dövriyyəsinin mövcud vəziyyəti və s. məsələlərə dair müvafiq şöbələrin hesabatları dinlənilərək müzakirə olunmuşdur.

Gələn il qarşıda duran vəzifələrə toxunan nazir Əbülfəs Qarayev 2012-ci ilin birinci yarısında 68, ilboyu isə 103 tədbirin keçirilməsinin nəzərdə tutulduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.

Kollegiya gələn ilin iş planını təsdiqləyib.

Digər xəbərlər