Dünən Müasir İncəsənət Muzeyində tanınmış rəssam Altay Sadıqzadənin rəsm və heykəltəraşlıq əsərlərindən ibarət "22 HX" sərgisi açılıb. Sərgidə rəngkarlıq və qrafika sənətimizdə özünəməxsus mövqeyi olan Altay Sadıqzadənin özünəməxsus, orijinal yaradıcılıq üslubu bir daha özünü göstərir. Bu sərgi Altay Sadıqzadənin yaradıcı dünyagörüşü və sənət üslubu haqqında əsaslı təəssürat yaratmaq baxımından olduqca maraqlıdır, diqqətəlayiqdir. Burada rəssamın rəngkarlıq və qrafika janrında, eləcə də, bir heykəltəraş kimi fərqli illərdə yaratdığı əsərlər əksini tapmışdır.
Bu əsərlərin digər məziyyətləri ilə yanaşı, bir önəmli xüsusiyyəti də vardır ki, onlar müəyyən ovqat, əhval-ruhiyyə ifadə edirlər. Rəssam gerçəkliyi təxəyyülsüz, duyğusuz təkrarlamır və yaratdığı obrazların quru görüntüsünü, əksini, karton maskasını deyil, canlı surətini yaradır. Yaradıcılığın gücü və əsrarəngliyi də məhz bundadır. Bu mənzərələrdə həm də zamanın - keçmişin, indinin və gələcəyin obrazı vardır. Burada reallıq və fantaziya, gerçəklik və sənətkar təxəyyülü, bədii hiss və incə estetik zövq, cəsarət anı və hədsiz zəriflik üzvi surətdə birləşmişdir.
Bütün sənətsevərlərin böyük maraqla qarşıladığı sərgi 2012-ci il fevralın 6-dək davam edəcəkdir.
Bütün Polşa onun haqqında danışır...