Məqalədə "Eurovision" müsabiqəsi ilə bağlı ölkəmizdə keçirilən milli seçim turları haqqında da məlumat verilib. 4 il müddətində milli seçim turlarında iştirak edən yaddaqalan namizədlər, eləcə, də Azərbaycanı bu mötəbər yarışmada ilk dəfə heyranedici səhnə tərtibatı ilə təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə, daha sonra Aysel Teymurzadə və Avropanın məşhur müğənnisi Araş, məşhur amerikan ifaçısı Beyoncenin xoreoqrafının hazırladığı Səfurə Əlizadə, peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə ölkəmizə qələbə qazandıran Eldar Qasımov və Nigar Camalzadə barədə geniş məlumat verilib.
Yazıda, həmçinin, Azərbaycanın "Eurovision" müsabiqəsində 2008-ci ildə 8-ci, 2009-cu ildə 3-cü, 2010-cu ildə 5-ci və nəhayət, 2011-ci ildə qalib olduğu diqqətə çatdırılıb. Təmsilçilərin bu müsabiqənin səhnəsində 4 il ərzində Avropaya səs salan "Day after day", "Always", "Drip drop" və "Running Scared" mahnılarının adları da qeyd olunmuşdur. Məqalənin sonunda Eldar və Nigar cütlüyünün müsahibələrinin videosu da yerləşdirilib.
Məqalədə 4 illik iştirakçılarımızla bağlı fotolar da yer alıb.
Bütün Polşa onun haqqında danışır...