Bakıda keçiriləcək "Eurovision-2012" mahnı yarışması ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün Bakı Biznes Mərkəzində seçim (kastinq) keçirilib.
Seçimə yanvarın 6-da start verilib. Qeyd edim ki, müraciət edənlər arasında müxtəlif yaş kateqoriyalı insanlar olub.
Bir saat müddətində 50-yə yaxın vətəndaş müraciət edib. Qatılan hər iştirakçının "Eurovision Song Contest Bakı-2012" yazılmış plakatın qarşısında fotoları çəkilib. Seçimin nəticələri əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaqlar.
Bakı Biznes Mərkəzində "Eurovision" ab-havası yaşanır. Azərbaycana qələbə qazandıran Eldar və Nigarın ifa etdiyi "Running Scared", üçüncülük qazanan "Always" mahnısı və müsabiqənin əsas hitləri mərkəzdə səsləndirilib.
Onu da bildirək ki, Azərbaycanda bu cür kütləvi seçim ilk dəfədir keçirilib. Məqsəd tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision" Mahnı Müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır.
Bütün Polşa onun haqqında danışır...