PDF Oxu

Mədəniyyət

  • 859

Gənc həmvətənimiz Berlində uğur qazanıb

Gənc həmvətənimiz Berlində uğur qazanıb

Almaniyanın paytaxtında məktəblilər arasında ilk dəfə "Berlində Lomonosov günləri" beynəlxalq müsabiqəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, böyük rus alimi M.N.Lomonosovun anadan olmasının 300 illiyi münasibətilə Berlindəki rusdilli valideyn və müəllimlərin "MİTRA" cəmiyyəti tərəfindən keçirilən təntənəli tədbirlər çərçivəsində təşkil edilmiş müsabiqənin final mərhələsində Almaniya, Rusiya, Azərbaycan, Latviya, Qazaxıstan və Qırğızıstan məktəbliləri iştirak edib. Azərbaycan komandasında Bakıdakı Məmməd Rahim adına 7 nömrəli məktəbin şagirdləri ilə təmsil olunub.

Bakılı məktəblilər üçün bu müsabiqə beynəlxalq arenada ilk təcrübə idi. Təəssüf ki, məktəblilərimiz bu nüfuzlu yarışlarda mükafata layiq yer tuta bilməyiblər. Lakin münsiflər heyəti azərbaycanlı balaca tədqiqatçıların ideyalarının orijinallığını qeyd edərək onları "Rus matryoşkasının tarixi" adlı layihə işində "Mövzunun orijinallığına görə" nominasiyasında fəxri fərmanla təltif edib.

Müsabiqənin qalibləri arasında azərbaycanlı məktəbli də olmuşdur: hazırda Almaniyada yaşayan gənc həmyerlimiz doğma Vətənimizi məşhurlaşdırıb. Bu, Berlindəki Lomonosov adına məktəbin komandasının üzvü, beşinci sinif şagirdi Murad Səttarovdur. Məktəb komandasının kapitanı olan Murad öz komandasının uğurlu çıxışına sanballı töhfə vermiş, nəticədə, bilicilərin "Hər şeyi bilmək istəyirəm!" intellektual müsabiqəsində bu komanda üçüncü yeri tutmuşdur."Almanlar M.Lomonosov haqqında nə bilirlər?" mövzusunda apardıqları sosioloji araşdırmanın nəticələrini münsiflər heyətinin mühakiməsinə təqdim etmiş Murad və onun sinif yoldaşları "Tədqiqat işi" nominasiyasında ikinci yeri tutublar.

Qeyd edək ki, Murad məktəblilər arasında müxtəlif beynəlxalq müsabiqə və olimpiadaların təcrübəli iştirakçısıdır. 2011-ci ilin baharında o, məktəblilərin Moskvada keçirilən Beynəlxalq "İntellekt! Olimpiadasının finalında "Polad məntiq" nominasiyasında fəxri fərmanla təltif olunub.

Digər xəbərlər