PDF Oxu

Mədəniyyət

  • 1 111

Türkiyənin “Eurovision-2012” Mahnı Müsabiqəsinin təmsilçisi müəyyənləşib

Türkiyənin “Eurovision-2012” Mahnı Müsabiqəsinin təmsilçisi müəyyənləşib

Türkiyə Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirak edəcək təmsilçisini müəyyənləşdirib. Müsabiqənin rəsmi internet saytına görə, Türkiyənin müsabiqə üzrə milli yayımçı TRT telekanalı ölkəni bu mötəbər yarışmada Can Bonomonun təmsil edəcəyini bildirib..

Səkkiz yaşından yaradıcılığa başlayan gitaraçı Can Bonomo İstanbul Bilgi Universitetinin kino-televiziya fakültəsində təhsil almışdır. Müxtəlif reklamlarda rol almış C.Bonomonun "Meczup" adlı ilk musiqi albomu ötən il buraxılıb.

Türkiyə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" Mahnı Müsabiqəsində "Yüksek Sadakat" qrupunun "Live it up" mahnısı ilə təmsil olunub.

Artıq Xorvatiyanı "Eurovision-2012" Mahnı Müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb. Müsabiqənin rəsmi internet saytına istinadən, Xorvatiyanın müsabiqə üzrə milli yayımçı "HRT" telekanalı Xorvatiya Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirak edəcək təmsilçisini müəyyənləşdirib.Xorvatiyanın müsabiqə üzrə milli yayımçı "HRT" telekanalı ölkəni bu mötəbər yarışmada musiqi müsabiqələrində bir sıra uğurlara imza atmış Nina Badricin təmsil edəcəyini bildirmişdir. Martda keçiriləcək "DORA" müsabiqəsinin final mərhələsində musiqiçi, bəstəkar, müğənnilərdən ibarət peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə N.Badricin "Eurovision-2012" müsabiqəsində ifa edəcəyi mahnının adı açıqlanacaqdır.Gənc yaşlarından yaradıcılığa başlayan N.Badricin "Godine nestvarne" adlı ilk musiqi albomu 1995-ci ildə işıq üzü görüb. Xorvatiya Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" Mahnı Müsabiqəsində Daria Kinzerin "Bayram" mahnısı ilə təmsil olunub.

Digər xəbərlər