PDF Oxu

Mədəniyyət

  • 977

“Sahə” bədii filmi beynəlxalq müsabiqəyə vəsiqə alıb

“Sahə” bədii filmi beynəlxalq müsabiqəyə vəsiqə alıb

Azərbaycanlı rejissor İlqar Safatın "Sahə" bədii filmi 10-cu Pune İnternational Film Festivalın müsabiqə proqramına daxil edilib. Festival 12-19 yanvar tarixlərində Hindistanın Puna şəhərində keçiriləcək.

Pune Film Foundation və Maharaştra ştatının hakimiyyəti tərəfindən təşkil olunan festival Hindistanın mədəni həyatında vacib film hadisəsinə çevrilmişdir. PİFF artıq on ildir ki, keçirilir və bu müddət ərzində festival kino sənətinin qabaqcıl təcrübəsini təqdim etmək məqsədilə festivala gələn dünya kinematoqrafçıları üçün ümumi platforma olmuş, müxtəlif xalqların kino mədəniyyətinin, sosial-mədəni etnosunun təbliğində, həmçinin, xalqlar arasında əməkdaşlıq və dostluq münasibətlərinin yaranmasında yardımçı olmuşdur.

"Sahə" filmi "Narimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olub, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "Paşa Bank"ın iştirakı ilə ekranlaşdırılmışdır.

Digər xəbərlər