Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub. 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyi nəticəsində ərsəyə gələn kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliam insanlığa qarşı cinayət kimi səciyyələndirilib.
Berlində yaşayan həmyerlimiz, Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Umid Yazdaninin müəllifliyi ilə 900 səhifəlik, 45 mindən artıq söz və ifadədən ibarət "Almanca-Azərbaycanca sözlük" işıq üzü görmüşdür. Kitabda Cənubi Azərbaycan türkcəsinin də qarşılığı göstərilmiş, sözlük əlavə sözlərlə yeniləşdirilib.
Bütün Polşa onun haqqında danışır...