PDF Oxu

Mədəniyyət

  • 1 128

İtaliya “Eurovision-2012” Mahnı Müsabiqəsinə vəsiqə alıb

İtaliya “Eurovision-2012” Mahnı Müsabiqəsinə vəsiqə alıb

İtaliya Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirakını təsdiqləyib. Müsabiqənin rəsmi internet saytında verilən məlumata görə, ölkəni bu mötəbər yarışmada təmsil edəcək ifaçı ənənəvi olaraq keçirilən "Sanremo musiqi festivalı"nda müəyyən olunur.

Fevralın 14-dən 18-dək keçiriləcək müsabiqənin final mərhələsində qalib gələcək ifaçı peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə bəlli olacaqdır.

İtaliya Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" Mahnı Müsabiqəsində Rafael Gualazzinin ifa etdiyi "Məhəbbətin çılğınlığı" mahnısı ilə təmsil olunmuşdu. İtaliya təmsilçisi birbaşa mayın 26-da Bakıda keçiriləcək "Eurovision" müsabiqəsinin final mərhələsində çıxış edəcəkdir.

Qeyd edək ki, bir neçə gün bundan öncə Fransa "Eurovision-2012" müsabiqəsi üçün növbəti mahnı seçimini başa çatdırıb. Müsabiqənin rəsmi internet saytına istinadən, yanvarın 23-də məşhur müğənni Anggun həmin mahnını geniş ictimaiyyətə təqdim edəcək. Mahnının müəllifləri Jan-Pyer Pilo və Vilyem Rosodur. Müğənninin geyimi isə məşhur fransalı dizayner Jan-Pol Qotye tərəfindən hazırlanacaq.

Otuz yeddi yaşlı xanım müğənni İndoneziyanın Cakarta şəhərində anadan olub. Onun ən böyük hiti olan "Snow in the Sahara" adlı albomu dünyanın 30 ölkəsində, o cümlədən, ABŞ-da buraxılıb. Müğənninin bu yaxınlarda "Echos" albomu işıq üzü görüb.

1956-cı ildən "Eurovision" Mahnı Müsabiqəsində iştirak edən Fransa yarışmanın təsisçilərindən biridir.

Fransa mayın 26-da Bakıda keçiriləcək "Eurovision" müsabiqənin final mərhələsində birbaşa çıxış edəcək.

Digər xəbərlər