PDF Oxu

Mədəniyyət

  • 1 153

Budapeştdə məcburi köçkün uşaqlarının çəkdikləri fotoşəkillərdən ibarət sərgi

Budapeştdə məcburi köçkün uşaqlarının çəkdikləri fotoşəkillərdən ibarət sərgi

Budapeştdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaqlarının çəkdikləri fotoşəkillərdən ibarət sərgi keçirilib. Bu sərgi Macar Könüllülər Fondu tərəfindən 4 ölkədən 8 könüllünün iştirakı ilə həyata keçirilən layihənin yekunu olub.

Macarıstan, Fransa, Niderland və Polşadan olan könüllülər Azərbaycana gələrək qaçqın düşərgələrində məskunlaşmış uşaqlara fotoaparatlar paylayaraq şəkillərin çəkilməsini, həmçinin, onların "Sənin arzun nədir?" mövzusunda inşa yazmasını təşkil ediblər. Bu inşalar sərgidə Azərbaycan, ingilis və macar dillərində nümayiş etdirilib. SOS Uşaq kəndlərinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatına və istəklərinə uşaqların gözü ilə baxılmasıdır.

Sərginin açılışında layihənin macarıstanlı könüllüləri - Annamaria Daroczi və Gabor Jeszenoi Azərbaycan, qaçqın düşərgələrindəki uşaqlar haqqında təəssüratlarını bölüşüblər. Tədbirdə, həmçinin, məcburi köçkün ailəsindən olan 11 yaşlı Elgünün vətənpərvərlik mövzusunda yazdığı inşa macar dilində iştirakçılara oxunub.

Digər xəbərlər