Türkiyənin İstanbul şəhərində "Avrasiya ulduzu" Beynəlxalq Mahnı Müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqədə Azərbaycan, Türkiyə, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstan sənətçiləri iştirak ediblər.
Azərbaycanı gənc müğənni Cavidan Novruzovun təmsil etdiyi müsabiqənin final mərhələsi İctimai Televiziya vasitəsilə canlı yayımlanıb. Müsabiqənin qalibi adına Qırğızıstan təmsilçisi layiq görülüb. Qalibə 30 min ABŞ dolları dəyərində pul mükafatı verilib. Bundan əlavə, bütün iştirakçılara xüsusi diplom və medallar təqdim olunub.
Layihənin şərtlərinə uyğun olaraq növbəti il "Avrasiya ulduzu"nun final mərhələsi Qırğızıstanda keçiriləcək.
Bütün Polşa onun haqqında danışır...