PDF Oxu

Mədəniyyət

  • 1 010

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “açıq qapı”...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “açıq qapı”...

Yanvar ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş "açıq qapı" günü keçiriləcəkdir. Əvvəlcə teatrın kollektivi qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası nümayiş etdiriləcəkdir. Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. "Açıq qapı"da 20 Yanvar faciəsinin şahidləri, Qarabağ müharibəsi iştirakçılarının ailələri, əlillər cəmiyyətinin üzvləri, müharibə veteranları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edəcəklər.

Digər xəbərlər