"Eurovision-2011" Mahnı Müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov və Nigar Camal aprelin 11-də Böyük Britaniyanın Nyukasl şəhərində xərçəng xəstəliyinə düçar olmuş uşaqlar üçün xüsusi xeyriyyə konsertində iştirak edəcəklər. Xeyriyyə konsertinin məqsədi xərçəngdən əziyyət çəkən uşaqlar üçün maliyyə vəsaiti toplayıb onlara yardım etməkdir. Artıq 21 ildir keçirilən tədbir "Toma Fund" müstəqil xeyriyyə cəmiyyətinin dəstəyi ilə təşkil olunacaqdır. Konsertdə Eldar Qasımov və Nigar Camal cütlüyü ilə yanaşı, Böyük Britaniyanı "Eurovision" Mahnı Müsabiqəsində müxtəlif illərdə təmsil etmiş ifaçılar və digər ölkələrdən olan qaliblər də məharətlərini göstərəcəklər.
Bütün Polşa onun haqqında danışır...