Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) Yeni ilin ilk ayında artıq ikinci beynəlxalq teatr festivalında iştirak edəcəkdir. ADGTT-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, teatrın bir qrup üzvü Birləşmiş Ərəb Əmirliklərində keçirilən V Beynəlxalq mono dram festivalında iştirak etmək üçün bu ölkədə səfərdədir.
Teatrın başqa bir heyəti isə yanvarın 28-dən fevralın 2-dək İranda keçiriləcək 33-cü "Fəcr" Beynəlxalq teatr festivalında iştirak edəcəkdir. Yaradıcı heyət festivalda görkəmli italyan aktyoru və dramaturqu Peppino De Filipponun "Don Rafael trombonçu" tamaşasını nümayiş etdirəcəkdir.
Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev və Eşqin Quliyev oynayacaqlar.
Bütün Polşa onun haqqında danışır...