Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin TÜRKSOY çərçivəsində qeyd edilməsi və 2012-ci ilin həmin təşkilat tərəfindən "M.F.Axundzadə ili"nin elan edilməsi ilə əlaqədar cari ilin 26 yanvar tarixində Türkiyənin Ankara şəhərində TÜRKSOY təşkilatının qərargahında tədbir keçirilib. Rəsmi açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirdə, həmçinin, Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, TÜRKSOY təşkilatının Baş katibi Düssen Kaseinov, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri cənab Nikolaz Rurua, AMEA-nın alimləri və digərləri iştirak ediblər. Tədbir zamanı M.F.Axundzadə yaradıcılığına aid kitabların TÜRKSOY təşkilatına təqdim olunması və ədibin həyat və yaradıcılığına həsr edilmiş "Sabahın elçisi" adlı filmi nümayiş etdirilib.
Qeyd edək ki, "M.F.Axundzadə ili"nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bütün Polşa onun haqqında danışır...