Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasına ötən ilin dekabrında direktor təyin olunan Müşfiq Hətəmov artıq müəyyən yeni işlər görməkdədir. Planları barədə danışan Müşfiq Hətəmov bildirib ki, kinostudiyanın veb-saytı hazırlanır. Sayt üzərində işlər artıq tamamlanmaq üzrədir. Fevralın əvvəllərində "Nizami" Kino Mərkəzində saytın təqdimetmə mərasimi olacaq.
Direktorun sözlərinə görə, yaxın vaxtlarda televiziya kanallarında Azərbaycan filmlərinin reklamı təşkil olunacaq: "Milli filmlərimizin nümayişini yeni istifadəyə verilmiş "Nizami" Kino Mərkəzində baş tutacaq. Kanallarımızda hər filmin reklamını verəcəyik. Bu reklam vasitəsilə tamaşaçılar milli kinomuza maraq göstərə və bilet alıb kinoya baxa bilər".
M.Hətəmov fevralın ikinci yarısında mətbuat konfransı keçirəcəyini də qeyd edib.
Bütün Polşa onun haqqında danışır...