Bakıdakı Rusiya İnformasiya - Mədəniyyət Mərkəzində "Mnoqolikaya Rossiya" adlı arxiv fotoşəkillərin sərgisi başlayıb. "Rosfoto" Rusiya dövlət muzey-sərgi mərkəzi tərəfindən təşkil olunan tədbirdə 19-cu əsr Rusiyası, onun sakinləri, memarlıq inciləri əks olunub. Tədbiri giriş sözü ilə açan "Rosfoto"nun baş direktor müavini Sergey Kuzmin qeyd edib ki, Rusiya çoxmillətli dövlət olduğundan, bu sərgidə bunun bariz şahidi olmaq mümkündür.
Sərgiyə çıxarılmış fotolarda Rusiya çarı II Nikolaydan tutmuş ölkənin ucqar əyalət kəndinin sakinlərinə kimi hər təbəqə nümayəndəsini görmək olar. Arxiv fotolar arasında fotoqraf Yermolenkonun 1875-ci ildə çəkdiyi və adı "Borçalinskie tatarskie jenhinı" olan nadir bir foto da var. Bundan savayı sərgidə Rusiyanın ən məşhur memarlıq abidələrinin 19-cu əsrdəki durumu ilə tanış olmaq mümkündür.
Bütün Polşa onun haqqında danışır...