PDF Oxu

Mədəniyyət

  • 901

Azərbaycan  ilk dəfə olaraq, “Los Angeles Times Travel Show 2012” sərgisində təmsil olunur

Azərbaycan ilk dəfə olaraq, “Los Angeles Times Travel Show 2012” sərgisində təmsil olunur

27-29 yanvar tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçirilən "Los Angeles Times Travel Show 2012" beynəlxalq turizm sərgisində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Los-Anceles şəhərinə ezam olunub. Həmçinin, "Xəzər Travel", "İntour" və "Spektr travel" turizm şirkətlərinin sərgidə təmsil olunur.

Mədəniyyət və Turizm Nazirliyindən turizm şöbəsindən aldığımız məlumata görə, beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kv.m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də, digər təbliğat materialları ilə təmin olunmuşdur.

Digər xəbərlər