PDF Oxu

Mədəniyyət

  • 935

Eldəniz Zeynalovun yubileyi qeyd olunacaq

Eldəniz Zeynalovun yubileyi qeyd olunacaq

Xalq artisti, "Humay" mükafatı laureatı Eldəniz Zeynalovun anadan olmasının 75 illiyi qeyd olunacaq. Dövlət Film Fondunun mətbuat xidmətindən verilən məlumata görə, il ərzində bir çox sənətkarlarımızın yubileyləri qeyd ediləcək. Belə tədbirlərdən biri də Azərbaycan teatrında və kinosunda bir-birindən maraqlı obrazlar yaratmış görkəmli sənətkarımız Eldəniz Zeynalova həsr olunacaq. Yaxın vaxtlarda keçirilməsi nəzərə tutulmuş tədbirdə E.Zeynalovun şərəfli ömür yolu və zəngin yaradıcılığı haqqında məlumat veriləcək və sənətkarın müxtəlif illərdə yaratdığı obrazlar qalereyasından seçmələr nümayiş olunacaqdır. Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də anadan olmuşdur. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uşaq rollarında çıxış etmişdir. Teatr İnstitutunda təhsil alarkən Eldar Quliyevin "Bir Cənub şəhərində" filmində baş rollardan birinə çəkilmişdir.

Əmək fəaliyyətinə Akademik Milli Dram Teatrında başlayan E.Zeynalov teatr və kino sahəsində, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yaddaqalan obrazlar yaratmışdır.

Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişmişdir.

Digər xəbərlər