Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Kumık Teatrında Azərbaycan dramaturqu Əli Əmirlinin "Varlı qadın" pyesi əsasında hazırlanmış tamaşa böyük uğurla göstərilir. Pyesin hər tamaşası anşlaqla keçir. Bu ilin mayında teatr bu uğurlu tamaşası ilə İstanbulda çıxış edəcək. Məşhur Beynəlxalq Bosfor Teatr Festivalı istedadlı pyesi bizim aktyorların ifasında qəbul etməyə razılığını bildirib. Pyesin süjeti bütün zamanlar üçün aktualdır. Kasıb ailə bir günün içində varlanır. Elə həmin sürətlə də ailə dəyərləri alt-üst olur. Varlanmış ailənin üzvləri maddi zənginliyə qovuşur, əvəzində isə, mənəviyyatlarını itirirlər. Əli Əmirlinin "Varlı qadın" komediyası on ildən çoxdur ki, Azərbaycandan kənarda da, bir qayda olaraq, böyük uğur qazanır. Bu gün isə bizim ölkəmizdə bu pyesin hər tamaşası anşlaqla qarşılanır.
Qeyd etdiyimiz kimi, Kumık Teatrının tamaşasını bir neçə aydan sonra İstambulda Türkiyə tamaşaçıları da görə biləcəklər. Kumık Teatrının istedadlı aktyorlarının ifasında bu gözəl pyesin Bosfor festivalında daha böyük uğur qazanacağına inamımız böyükdür.
Bütün Polşa onun haqqında danışır...