PDF Oxu

Mədəniyyət

  • 855

Yarımfinalların nəticələri açıqlanıb

Yarımfinalların nəticələri açıqlanıb

İslandiyanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisinin seçilməsi üzrə keçirilən "Söngvakeppni Sjonvarpsins" müsabiqəsinin sonuncu yarımfinalı olub. Nəticələrə əsasən, finalda 7 iştirakçı yarışacaq.

Macarıstanda da milli seçimlərin 4 finalçısı məlum olub. Sonuncu yarımfinalın nəticələrinə görə, münsiflər heyəti tərəfindən finala Compact Disco, Gabor Heincz, Gabi Toth və Caramel layiq görülüb.

Norveçin Larvik şəhərində ölkənin builki "Eurovision" Mahnı Müsabiqəsində təmsilçisinin müəyyənləşməsi üzrə keçirilən Melodi Grand Prix müsabiqəsinin ikinci yarımfinalı olub. Nəticələrə əsasən, fevralın 11-də keçiriləcək milli finalda Plumbo ("Ola Normann"), Tommy Fredvang ("Make İt Better") və Malin Reitan ("Crush") təmsilçilik adı uğrunda mübarizə aparacaq.

Digər xəbərlər