A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında hesabat konserti və "2 Fevral - Gənclər Günü"nə həsr olunmuş "Gələcəyin qurucuları" adlı konsert təqdim edib.
Konsertdə Abas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin "Xudafərin" instrumental xalq kollektivinin üzvləri Yadigar Nəzərli və Xankişi Səfquliyev, (kollektivin rəhbəri Allahverdi Nəcəfov), "Arzu" xalq çalğı alətləri ansamblının üzvləri Vüqar Qasımov, Yaqut Xəlilzadə və Eldəniz Nəbiyev, (ansamblın rəhbəri Yusif Heydərov, konsertmeyster İsmayıl Haşımlı), "Nur" muğam üçlüyünün rəhbəri Tuğay İsmayılov öz çıxışları ilə tamaşaçıların zövqünü oxşayıblar. "Şəms" rəqs kollektivinin üzvləri etdikləri rəqslərlə konsertə xüsusi gözəllik gətiriblər. Poeziya Teatrının üzvü Tərlan Məmmədəli gənclərə həsr olunmuş şeirlər söyləyib.