PDF Oxu

Mədəniyyət

  • 1 493

“Oxuyur Müslüm Maqomayev” filminin ekranlara çıxmasından 40 il ötür

“Oxuyur Müslüm Maqomayev” filminin ekranlara çıxmasından 40 il ötür

Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayev haqqında çəkilmiş "Oxuyur Müslüm Maqomayev" filminin ekranlara çıxmasından 40 il ötür. Qeyd edək ki, "Azərbaycanfilm"in istehsalı olan film 1971-ci ildə çəkilib. Bu münasibətlə Dövlət Film Fondunda tədbir təşkil ediləcək.

Bu ekran əsəri tamaşaçıları dünyaşöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin parlaq və çoxcəhətli yaradıcılığı ilə tanış edir. Filmdə görkəmli müğənni "Şah İsmayıl", "Faust", "Yevgeni Onegin", "Riqoletto" operalarından ariyalar, sovet bəstəkarlarının əsərlərini ifa edir. Filmdə müğənninin yaradıcılıq laboratoriyası, onun tərcümeyi-halının ayrı-ayrı səhifələri, M. Maqomayevin mahnı, səhnə obrazı üzərində necə işlədiyi, onun musiqi, mahnı barədə fikirləri də öz əksini tapmışdır.

"Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş filmin quruluşçu rejissoru Tofiq İsmayılovdur.

Xatırladaq ki, ötən il Müslüm Maqomayevin ad günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Oxuyur Müslüm Maqomayev" filmi Azərbaycan Film Fondu və Rusiya Teleradio Fondu ilə birgə bərpa edilib və elektron formatına keçirilib.

Digər xəbərlər