İspaniyadakı Prado muzeyinin bərpaçıları Leonardo da Vinçinin "Mona Liza" əsərinin ən ilkin surətini aşkarlamışlar. Həmin surət dahi rəssamın emalatxanasında onun şagirdlərindən biri tərəfindən çəkilmişdir. Madrid muzeyində saxlanılan bu surətin Leonardonun ölümündən sonra yaradıldığı güman edilirdi.
Orijinal "Mona Liza"nın onlarla tanınmış surətləri vardır. XVI-XVIII əsrlərdə çəkilmiş bu surətlər Parisdəki Luvr muzeyində saxlanılır.
Pradodakı əsər tədqiqatçılar üçün böyük maraq kəsb etmirdi: çünki əsərin arxa planında peyzaj yox idi. Lakin bərpaçılar əsəri təmizləyərkən qara boya və qaralmış lakın altından həmin peyzajı aşkara çıxarmışlar. Leonardo da Vinçi "Mona Liza" əsərini 1503-1506-cı illərdə çəkmişdir. Versiyalardan birinə görə, tabloda florensiyalı tacir Françesko del Cokondonun xanımı Liza Gerardinidir.
Bütün Polşa onun haqqında danışır...