Azərbaycan paytaxtında səfərdə olmuş "Moldova-1" televiziyasının çəkiliş heyəti yanvarın 25-də Bakıdakı "Buta Palace"da keçirilmiş "Eurovision-2012" Mahnı Müsabiqəsinin rəmzi açarının təqdim edilməsi mərasimindən, eləcə də, may ayında reallaşacaq şouya hazırlıqlardan bəhs edən reportajını ölkə tamaşaçılarına təqdim edib. Eurovision.az saytındakı məlumata görə, Bakının bu möhtəşəm müsabiqəyə hazırlıqlarına heyran olan moldovalı telejurnalistlərin reportajında Azərbaycan paytaxtında "Eurovision- 2012" mahnı yarışmasının uğurlu keçiriləcəyinə böyük inam ifadə olunur.
Telereportajda Azərbaycan muğamından, xalq artisti Alim Qasımovun "Buta Palace"dakı ifasından, "Eurovision" ulduzları Ruslana və Səfurə Əlizadənin çıxışlarından da bəhs edilib.
"Eurovision-2011"in qalibləri Eldar Qasımov və Nigar Camal Moldova tamaşaçılarına bu müsabiqənin onların həyatlarını dəyişdirdiyini deyiblər. "Eurovision-2009"un qalibi Aleksandr Rıbak və "Eurovision-2010"un birincisi olmuş Lena Mayer isə "Moldova-1" telekanalına müsahibələrində "Buta Palace"dakı təqdimat mərasiminin möhtəşəm hazırlandığını, Bakının bu yarışmaya layiqli ev sahibliyi edəcəyini bildiriblər.
Bütün Polşa onun haqqında danışır...