Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan böyük şair, dramaturq, filosof Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi ölkəmizlə yanaşı, Özbəkistanın paytaxtı Daşkənddə də qeyd ediləcək.
AMEA Hüseyn Cavidin ev-muzeyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunacaq yubiley tədbirinə hazırlıq çərçivəsində görülən işlərdən ən əhəmiyyətlisi H.Cavidin əsərlərinin özbək dilinə tərcümə edilməsidir. Bu günlərdə tanınmış özbək şairi Usman Kuçkar (1992-ci ildə "Topal Teymur" pyesini özbək dilinə tərcümə etmişdir) "Şeyx Sənan" əsərinin tərcüməsini başa çatdırıb, fevralın sonlarında isə "Səyavuş" əsərinin tərcüməsini tamamlayacaq.
Özbək dilinə çevrilmiş hər üç əsər Özbəkistanda yubiley tədbirinin keçirilməsi ərəfəsində bir kitabda toplanacaq. H.Cavidin Daşkənddə keçiriləcək xatirə gecəsində həmin kitabın təqdimat mərasiminin keçiriləsi də nəzərdə tutulur.
Bütün Polşa onun haqqında danışır...