Moskvada Azərbaycanın əməkdar rəssamı - YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədova dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə "Min ilin adamı" medalı təqdim olunub. Medalın təqdimetmə mərasimi Moskvadakı P. Çaykovski adına konsert salonunda baş tutub. Mərasimdə Rusiya Federasiyası Prezident Administrasiyasının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nin İnformasiya Mərkəzinin və YUNESKO-nun dəstəyi ilə çıxan "Bizim min ilin adamları" ensiklopediyasının da təqdimat mərasimi keçirilib. Azərbaycanlı rəssamın bioqrafiyası "Bizim min ilin adamları" ensiklopediyasına daxil edilib. Qeyd edək ki, "Min ilin adamı" medalına Rusiyanın baş naziri Vladimir Putin, Moskvanın və Rusiyanın mərhum partiarxı II Aleksi və bir çox tanınmış şəxsiyyətlər layiq görülüb.
Bütün Polşa onun haqqında danışır...