PDF Oxu

Mədəniyyət

  • 1 059

“Buzovna kəndinin əhvalatları”na ictimai baxış keçirilib

“Buzovna kəndinin əhvalatları”na ictimai baxış keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərlərindən səhnələşdirilmiş "Buzovna kəndinin əhvalatları" tamaşasının ictimai baxışı keçirilib. Xalq yazıçısının "Toyuğun diri qalması" hekayəsi və "Dolça" povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapıb. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdi, ədəbi məsləhətçisi Rafiq Rəhimlidir. Tamaşada rolları xalq artisti Ağaxan Salmanlı, əməkdar artist Nübar Novruzova, aktyorlar Nuriyyə Əliyeva, Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Sərvər Əliyev, Elşən Çarhanlı, Eşqin Quliyev, Şəbnəm Hüseynova, Anar Seyfullayev, Nəsibə Eldarova, İradə Rəşidova, Roza İbadova, Xanna Əliyeva, Günay Zeynallı, Fidan Abbasova, Aytac Nəzərova, Xalidə Əliməmədova, Natiq Fərzəliyev və başqaları ifa ediblər.

İki hissəli komediya personajların başına gələn maraqlı hadisələri, insanların rəngarəng talelərini özündə əks etdirir.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın premyerası fevral ayının 18-də və 19-da nümayiş etdiriləcək.

Digər xəbərlər