Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Salnamə" kinostudiyasının və Rusiyanın "Weit Media" şirkətinin birgə ekranlaşdırdıqları "Qırmızı bağ" filminin çəkilişləri yekunlaşmaq üzrədir.
Kinostudiyadan verilən məlumata görə, filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, operatoru Rusiyadan dəvət olunmuş Maksim Drozdov, rəssamı Leonid Karpov, qrim ustası Pazilat Qazimaqomedovadır.
Filmdə İlham Hüseynov, Xanlar Həşimzadə, Əbülfət Salahov, Firdovsi Nəbiyev, Arif Kərimov, Rusiyada yaşayan həmyerlimiz, rejissor və aktyor Ramiz İbrahimov və başqaları çəkiliblər. İnsanın istək və arzusunun reallığa çevrilməsi uğrunda mübarizəsini əks etdirən ekran əsərindəki növbəti xətt insan və təbiət münasibətləri ilə bağlıdır. Filmin ideyasına görə, insan təbiəti qorumalıdır, çünki özü təbiətin bir parçasıdır.
Film yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcəkdir.
Bütün Polşa onun haqqında danışır...