Belarusun "Eurovision - 2012" Mahnı Müsabiqəsindəki təmsilçisi bəlli olub. Eurovision.az saytının məlumatına görə, fevralın 14-də keçirilmiş möhtəşəm final gecəsində Bakıya vəsiqə qazanmaq uğrunda 5 ifaçı mübarizə aparıb. Səsvermənin nəticələrinə əsasən, gənc müğənni Alyona Lanskaya birinci olmuşdur. Final gecəsində tarixi vətəninə vəsiqə qazanmaq uğrunda yarışan gənc azərbaycanlı müğənni Günəş Abbasova üçüncü nəticə göstərib.
Gecədə bir çox tanınmış müğənnilər, o cümlədən, "Eurovision" Mahnı Müsabiqəsinin ilk qalibi Lis Assia, bu mötəbər yarışmanın ulduzları Ruslana (Ukrayna), Aleksandr Rıbak (Norveç), Sakis Ruvas (Yunanıstan), Mariya Şerifoviç (Serbiya) öz mahnılarını səsləndiriblər. "Eurovision-2011"in qalibləri Eldar Qasımov və Nigar Camalın final şousunda ifa etdikləri "Running Scared" mahnısı iştirakçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Bütün Polşa onun haqqında danışır...