PDF Oxu

Mədəniyyət

  • 663

“TÜRKSOY” jurnalının xüsusi  buraxılışı işıq üzü görüb

“TÜRKSOY” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

"TÜRKSOY" jurnalının Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görmüşdür.

Jurnalın açılış səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqi və Türkiyə prezidenti Abdullah Gülün "Müstəqilliklərinin 20-ci ildönümündə türk cümhuriyyətləri" mövzusunda konfransda çıxışının mətnləri yer almışdır.

Bundan başqa, jurnalda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin "Müstəqilliyinin 20-ci ilində Azərbaycan mədəniyyəti" məqaləsi, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırovun müsahibəsi, I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı, görkəmli dramaturq Mirzə Fətəli Axundzadə, Bakı Musiqi Akademiyasının 90 illiyi haqqında yazıları yer almışdır.

Jurnala Azərbaycan Prezidenti İlham Əliyevin nitqi və fotoşəkilləri təqdim olunmuşdur.

Digər xəbərlər