PDF Oxu

Mədəniyyət

  • 1 267

“Unudulmayan tarix”

“Unudulmayan tarix”

2012-ci il fevralın 24-də V.Səmədova adına Sərgi salonunda Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş "Unudulmayan tarix" adlı Respublika Sərgi-müsabiqəsinin yekun sərgisi keçiriləcək.

"Xocalı soyqırımının iyirminci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2012-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı faciəsinin iyirminci ildönümü münasibəti ilə "Unudulmayan tarix" adlı Respublika Sərgi-müsabiqəsini elan etmişdir. 2012-ci il fevral ayının 24-də V.Səmədova adına Sərgi salonunda sərgi-müsabiqənin yekun sərgisinin açılışı olacaqdır.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı Ermənistanın işğalçı ordusu tərəfindən soyqırımı törədilmişdir. Bir gecənin içərisində 613 nəfər dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Sərgi-müsabiqə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarını təsviri və dekorativ sənət əsərləri vasitəsi ilə ifadə edilməsi, zaman-zaman xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və müasir incəsənət (fotoart və videoart) nominasiyaları üzrə rəssamlara mükafatlar təqdim ediləcəkdir.

Digər xəbərlər