PDF Oxu

Mədəniyyət

  • 1 118

Novruz bayramı münasibətilə silsilə tədbirlər keçiriləcək

Novruz bayramı münasibətilə silsilə tədbirlər keçiriləcək

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində su çərşənbəsinə həsr edilmiş tədbir keçirilib.

Gün ərzində muzeyi ziyarət edən tamaşaçılar, eləcə də, Bakı şəhəri uşaq yaradıcılıq mərkəzləri və incəsənət məktəblərinin şagirdləri üçün "Su çərşənbəsi xalçalarda" mövzusunda ekskursiyalar təşkil edilmişdir. Uşaqlar xalq oyunlarını ifa etmiş, su elementləri əks olunmuş "Özün rənglə" nümunələrini rəngləmişlər. Bu proqram bütün həftə ərzində muzeyi ziyarət edəcək məktəblilər və uşaqlar arasında tətbiq ediləcək. Muzeydən verilən məlumata görə, sözügedən məkanda YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmiş Novruz bayramı münasibətilə silsilə tədbirlər keçiriləcək.

Novruz bayramınadək tədbirlər hər həftənin çərşənbə axşamı təşkil ediləcək və hər çərşənbəyə uyğun proqramlar təşkil olunacaqdır. Buraya muzeyin ekspozisiyasında nümayiş etdirilən və Novruz rəmzlərinin əks olunduğu xalçalar haqqında məlumatların verilməsi, muzeyin uşaq teatrının ifasında su, od, yel və torpaqla bağlı musiqili tamaşalar, xalq oyunları, əyləncəli tədbirlər və s. daxildir.

Digər xəbərlər