PDF Oxu

Mədəniyyət

  • 995

Naxçıvan ərazisində yeni abidələr qeydə alınıb

Naxçıvan ərazisində yeni abidələr qeydə alınıb

Şərqin və dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın ictimai və iqtisadi həyatı AMEA Naxçıvan bölməsinin müxtəlif institutlarının elmi-tədqiqat obyektidir.

Belə ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tədqiqatlarını davam etdirərək, Naxçıvan ərazisində daha 11 yeni abidə qeydə alıblar. Qeyd edək ki, bölmə əməkdaşlarının və Naxçıvan Dövlət Universitetinin bəzi əməkdaşlarının iştirakı ilə 2006-2007-ci illərdə muxtar respublikanın yaşayış məskənlərinin hamısına səfərlər edilmiş, ərazidə olan tarixi-mədəniyyət abidələri qeydə alınaraq, ilkin tədqiq edilmiş, fotoşəkilləri götürülmüş, onlar haqqında məlumatlar toplanılmışdır. Bütün məlumatlar əsasında qeydə alınmış abidələr haqqında pasport-qeydiyyat kartları hazırlanmışdır.

Bu günlərdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən Babək və Ordubad rayonunda yeni qeydə alınan abidələr də pasportlaşdırılmışdır. Beləliklə, Naxçıvan ərazisində 1196 abidə müəyyənləşdirilmiş və pasportlaşdırılmışdır ki, bunlardan 56-sı dünya əhəmiyyətli abidələrdir.

Qeydə alınan tarix və mədəniyyət abidələri Naxçıvanın qədim, Eneolit, Tunc və Dəmir dövrü tarixini öyrənmək üçün olduqca əhəmiyyətlidir və azərbaycanlıların qədim dövrdən bu ərazidə məskən salan aborigenlərdən ibarət olduğunu təsdiq edir.

Digər xəbərlər