Fevralın 23-də Milli Kitabxanada Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Xocalı harayı - 20" adlı geniş kitab sərgisinin açılışı və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlamış "Xocalı soyqırımı - 20. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva açaraq iştirakçıları Xocalı şəhərində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Gülbəniz Səfərəliyeva çıxışında Xocalı müsibətlərini, o ağrılı günləri bir daha yada salmış və bu genosidin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd edib.
Daha sonra çıxış edənlər 1992-ci ilin 25-26 fevral tarixində Ermənistan təcavüzkar ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsi, yüzlərlə günahsız insanların qətlə yetirilməsindən ürək ağrısı ilə danışaraq, Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıblar.
Tədbirin sonunda təqdimatı keçirilən "Xocalı soyqırımı - 20. Biblioqrafiya" kitabının müəllifi, Milli Kitabxananın əməkdaşı Mahirə Məmmədova çıxış edərək, belə tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edib.
Sonda tədbir iştirakçıları Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet materiallarından ibarət "Xocalı harayı - 20" adlı kitab sərgisi ilə tanış olublar.
Bütün Polşa onun haqqında danışır...