Sərgi çərçivəsində Norveçin Stavanger şəhərində keçirilmiş "Karvansara - Azərbaycan dünən və bu gün" sərgisinin foto və video görüntülərindən ibarət təqdimat da nümayiş etdiriləcək.
Martın 1-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi, səyyahı Tur Heyerdala həsr olunmuş "Tur Heyerdal - Kon-Tiki adamı" ("Tur-Heyerdal - Kon-Tiki Man") sərgisinin açılış mərasimi keçiriləcək.
Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki Muzeyi, Norveç Krallığının Azərbaycan Respublikasında Səfirliyi və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlərin, ekspedisiyalar zamanı istifadə olunan avadanlığın və qısametrajlı filmin nümayişi nəzərdə tutulur. Bundan başqa, sərgidə Norveç-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynamış 2006-cı ildə Norveçin Stavanger şəhərində keçirilmiş "Karvansara - Azərbaycan dünən və bu gün" sərgisinin foto və video görüntülərindən ibarət təqdimat da nümayiş etdiriləcək.
Sərgidə görkəmli alimin oğlu, İdarə Heyətinin sədri, kiçik Tur Heyerdalın, Kon-Tiki Muzeyinin direktoru xanım Maja Bauge, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, ölkənin elmi ictimaiyyətinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, sərgi 31 may tarixinədək davam edəcək.
Bütün Polşa onun haqqında danışır...