Ötən il Düsseldorfda "Lipstick" mahnısı ilə 43 ölkə arasında İrlandiyaya 8-ci yeri qazandırmış "Jedward" qrupu bu ilin mayında Bakıda keçiriləcək yarışmada yenidən bu ölkəni təmsil etmək hüququna malik olmuşdur. Eurovision.az saytına istinadən, İrlandiyanın Bakıda təmsilçisinin seçilməsi üçün "EuroSong 2012" adı altında keçirilən milli final başa çatıb. Milli seçimlərin finalında 5 namizəd qalib adı uğrunda mübarizə aparıblar. Finalda əkiz qardaşlardan ibarət "Jedward" qrupu, ötən il olduğu kimi, yenidən həm tamaşaçıların, həm də münsiflərin səs verməsi nəticəsində 114 səslə qalib gəliblər. Jedward qardaşları Bakı səhnəsində "Waterline" mahnısı ilə çıxış edəcəklər.
Bu il İrlandiya mayın 22-də "Baku Crystal Hall"da keçiriləcək birinci yarımfinalda çıxış edəcək.
Bütün Polşa onun haqqında danışır...