PDF Oxu

Mədəniyyət

  • 2 394

Treninqlər turizmin inkişafına öz töhfəsini verəcək

Treninqlər turizmin inkişafına öz töhfəsini verəcək

2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə Azərbaycanın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidmətləri üzrə təlim-tədris kursları təşkil edilmişdi.

Qeyd olunan kursların uğurlu nəticələr verdiyini, həmçinin, cari ilin may ayında "Eurovision-2012" Mahnı Müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə Bakı şəhərinin mehmanxana sistemində çalışan əməkdaşlar üçün 10 günlük "Otel menecmenti", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə təlim-tədris kurslarının cari ilin 01-10 mart tarixlərində Azərbaycan Turizm İnstitutunda keçirilməsi nəzərdə tutulub.

Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.

Kurslar Azərbaycan Turizm İnstitutunda təşkil olunacaq və mart ayının 10-da kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.

Bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcəkdir.

Digər xəbərlər