Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.1. bölməsində kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi nəzərdə tutulub. Bu işin əsas məqsədi oxucuların mütaliəyə marağını artırmaq, onlara kitab mədəniyyətini aşılamaqdır. Oxucuların kitab və mütaliəyə marağını artırmaq üçün respublikanın şəhər və rayonlarında qısa müddət ərzində monitorinqlər keçiriləcək.
Oxuculara dərslik, dərs vəsaitləri, elmi-populyar ədəbiyyat, uşaq ədəbiyyatı, bestsellerlər, bədii ədəbiyyat təklif olunacaq. Qeyd edim ki, monitorinqlərdə müzakirə üçün əlavə yeni nəşrlər siyahısı da təqdim olunur.
Monitorinqlər zamanı elektron kitablara və uşaq ədəbiyyatına xüsusi önəm verilməsi nəzərdə tutulub. Monitorinqlərin nəticələri 15 gün ərzində Nazirliyin Kitabxana sektoruna göndərilməlidir.
Bütün Polşa onun haqqında danışır...